Acizin zalımı...

Vaqif ƏliyevVaqif ƏliyevVətəndaşın mülkiyyət hüququ qorunmasa da, dövlətin mülkü qorunur...

Sumqayıt Şüşə Zavoduna çatanda “atılmış” bir müəssisə ilə qarşılaşdıq. Nə səs vardı, nə də bir ins-cins. Gözətçi isə elə bil göydən düşdü: “Deyəsən yolunuzu azmısınız? Olan işdi, burdan o tərəfə...”

- Yox, Vaqif babanı axtarırıq. Qonaq gəlmişik. Deyə bilərsiniz evi haradadır?

- Hə, siz o qocanı axtarırsınız? Qəribədir, iki ildir burda işləyirəm, birinci dəfədir onlara kiminsə gəldiyini görürəm. Burdan keçin. Qarşıdan sola, sonra düz, sonra yenə...”

Xırda, yaşıl, mavi şüşə qırıntılarının üstü ilə zavod ərazisindən keçdik. Artıq gözə heç bir bina dəymir. Köhnə, ucub-dağılmış, balaca bir daxmadan savayı. Həyətdə samovar tüstüləyir...

 

Aksiyaya rəsmi reaksiya yoxdur

Aksiyanı xarici media işıqlandırırAksiyanı xarici media işıqlandırırİctimai Palatanın 9 üzvü aclıq aksiyasını davam etdirir. Onlardan 4-ü qadın, 5-i kişidir. ("Azadlıq" radiosu)
Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, mayın 18-də aksiyaya 2 nəfər - Əli Həsənov və Bəxtiyar Tarıyev də qoşulub. Bu gün səhhətlərində yaranan problemə görə Dünyaxanım Carullayeva və Lətafət Məlikova aksiyanı dayandırıblar.
Gülağa Aslanlının sözlərinə görə, keçirilən aksiyanı bir neçə xarici media da işıqlandırıb: «Dünən Filandiya, Fransa, İngiltərədən olan jurnalistlər, bu günsə İngiltərə, Hollandiyadan gələnlər olacaq. Amma nə Azərbaycanın İctimai televiziyasından, nə də Ombudsman Aparatından gələn var».
Gülağa Aslanlı deyir ki, 3 gündür davam edən aksiyaya rəsmi reaksiya yoxdur.

 

MİS-lər Tarif Şurasının qərarına qarşı çıxır

Samir ƏliyevSamir Əliyev“Mənzil İstismar Sahələrinin (MİS) qanunsuz fəaliyyət göstərməsi azmış kimi, onlara verilmiş səlahiyyətlərdən sui-istifadə edirlər. Bu qurumlar bələdiyyələrin səlahiyyətlərinə müdaxilə etdikdən sonra bir qədər irəli gedərək hökumətin müəyyən etdiyi tarifləri də istədiyi kimi dəyişirlər”. Bu fikirləri İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev mətbuata açıqlama verərkən bildirib.

Ekspertin sözlərinə görə, MİS-lər özbaşına zibil məişət tullantılarının yığılmasına görə qiyməti artırıblar. “Xırdalan şəhərində fəaliyyət göstərən MİS-lər Tarif Şurasının qərarını pozaraq “zibil pulu”nu artırıblar. Belə ki, məişət tullantılarının daşınmasına görə, əhalidən adambaşına hər ay 50 qəpik xidmət haqqı alırlar. Halbuki Tarif Şurasının “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 24 noyabr 2011-ci il tarixli 5 saylı Qərarına görə, dekabr ayının 1-dən etibarən adambaşına “zibil pulu” 30 qəpik müəyyənləşdirilib. MİS-lər bu qərara məhəl qoymadan əhalidən adambaşına 20 qəpik artıq pul alır. Bu artımdan əvvəl adambaşına “zibil pulu” 14 qəpik idi. Həmin dövrdə də MİS-lər səlahiyyətlərini aşaraq adamabaşına 25 qəpik təyin etmişdilər”

S.Əliyevə görə, Xırdalan MİS bir qədər irəli gedərək, həyət evlərindən də mənzil haqqı alır: “Bu qurumlar xidmət göstərmədikləri həyət evlərindən də mənzil

 

Cavabsız qalan suallar

Gülər MehdizadəGülər MehdizadəQurumlar məhkəmə qərarlarını saymır

“Açıq Cəmiyyət İnstitutunun “Media və İctimai Vəsaitlərin Şəffaflığı” layihəsinə yaradıcı sahələrə ayrılan büdcə vəsaitinin xərclənməsi mövzusunda araşdırma aparırdım. Öyrəndim ki, büdcədən yaradıcı sahələrdən yalnız üçünə - Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Azərbaycan Rəssamlar İttifaqına (ARİ) vəsait ayrılır. Vəsaitin necə xərclənməsilə bağlı hər üç quruma informasiya sorğusu göndərdim. Digər qurumlardan fərqli olaraq, AYB informasiya sorğusunu daxili işlərinə qarışmaq kimi qiymətləndirdi. Qəti şəkildə cavab verməyəcəklərini deyəndən sonra Media Hüququ İnstutuna müraciət etdim. Bundan sonra Səbail Rayon Məhkəməsinə müraciət etdik. İddia təmin olundu. İş icraya yönəldi. Üstündən bir həftə keçməmiş AYB-dən məktub aldım. Cavab yox, məktub”, - deyir jurnalist Gülər Mehdizadə.

AYB cavab əvəzinə məsləhət verib

 

 

«Müsavat»ın qərargahında aclıq aksiyası keçirilir

Aksiyanın məqsədi beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı şəxslərin həbsdən azad olunmasıdır Aksiyanın məqsədi beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı şəxslərin həbsdən azad olunmasıdır İctimai Palatanın bir qrup üzvü mayın 16-dan Müsavat partiyasının qərargahında aclıq aksiyasına başlayıblar. Beşi qadın, üçü kişi olmaqla aclığa başlayan 8 nəfərin arasında İP-nın 2 aprel 2011-ci il aksiyasına görə həbs edilmiş, indi artıq azadlıqda olan müsavatçı Elşən Həsənli, eləcə də övladları hazırda həbsdə olan Başxanım Abbaslı və İbrahim Hacıbəyli də var.

Aksiyada məqsəd beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı şəxslərin həbsdən azad olunması və «Eurovision-2012» ərəfəsində Azərbaycanda olan xarici jurnalistlərin və beynəlxalq təşkilatların diqqətini bu məsələyə yönəltməkdir.

 

Amnesty İnternational: Azərbaycan polis zorakılığına dərhal son qoymalıdır

Qurum aksiya ilə bağlı bəyanat yaydıQurum aksiya ilə bağlı bəyanat yaydıAzərbaycan hakimiyyəti fikir azadlığının boğulması üçün istifadə etdiyi zorakılığa son qoymalıdır. Bunu bazar ertəsi Bakının mərkəzində dinc etiraz aksiyası polis tərəfindən dağıdıldıqdan sonra Amnesty International bəyan edib.

Müxalifət üzvləri Sabir adına bağda və Bakı meriyasının qarşısında mitinqə toplaşıb. Hadisə yerindən çəkilmiş videomateriallar göstərir ki, polis nümayişçiləri döyüb, yerlə sürüyüb.

300-ə yaxın etirazçı Eurovision-dan əvvəl siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.

“Beynəlxalq KİV-in müsabiqəyə diqqəti belə dinc etiraz aksiyasını yatırmaq üçün kobud qüvvədən istifadə edən polisin qabağını almır “, - Amnesty İnternational-ın Avropa və Asiya üzrə proqram direktoru Con Dalusen bildirib.

“Azərbaycan hakimiyyəti Bakının mərkəzində etiraz aksiyalarına qadağanın aradan qaldırılması üçün təcili addımlar atmalıdır”, - o vurğulayıb.

 

"Vicdan məhbusu" kimi tanınanlar aclıq aksiyasına başladı

Aclıq aksiyasına başlayan məhbuslar azadlıq istəyirAclıq aksiyasına başlayan məhbuslar azadlıq istəyirHəbsdə olan 10 müxalifət təmsilçisi mayın 15-də aclıq aksiyasına başlayıb. Bu barədə "Azadlıq" radiosuna İctimai Palatanın katibi Gülağa Aslanlı xəbər verib. Onun sözlərinə görə, yerli və beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı və müxtəlif cəzaçəkmə müəssisələrində saxlanan 2 aprel məhbusu, o cümlədən deputatlığa keçmiş namizəd Vidadi İsgəndərli aclıq aksiyasına başlayıb. Yalnız Bəxtiyar Hacıyev bu aksiyaya qoşulmayıb. O, yoldaşları vasitəsilə bildirib ki, aksiyaya başlayanların qərarına hörmət edir, ancaq bu addımın Azərbaycanda effekt vermədiyini düşünür.
Aclıq aksiyasına başlayanların tələbi isə qeyd-şərtsiz azadlığa buraxılmaları, sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və siyasi islahatların keçirilməsidir.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov "Azadlıq" radiosuna bildirib ki, hazırda onda aclıq aksiyası ilə bağlı məlumat yoxdur: «Amma əgər başlayıblarsa, bu, onların hüquqlarıdır. Cəzaçəkmə müəssisəsinin əməkdaşları onları təcrid edəcək, həkim nəzarəti təmin olunacaq».

 

İctimai Palatanın aksiyası baş tutdu

Aksiyada saxlanılanlar Qobusdan qoruğunda buraxılıbAksiyada saxlanılanlar Qobusdan qoruğunda buraxılıbMayın 14-də İctimai Palata Bakı şəhər İcra Hakimiyyəti binası qarşısında piket keçirməyə cəhd edib. Aksiyaçılar gəlməmişdən əvvəl polis «Axundov bağı» ərazisini, «İçərişəhər» metro stansiyasının qarşısını və «Sabir bağı» ərazisini nəzarətə götürüb. ("Azadlıq" radiosu)
Aksiyaçılar piketə «Sabir bağı» ərazisindən başlayıblar. Onlar «İstefa!», «Azadlıq!» şüarları səsləndirə-səsləndirə Bakı şəhər İcra Hakimiyyəti binası qarşısına doğru yürüş etmək istəyəndə, polis onların qarşısını alıb. Aksiyaçıların əsas tələblərindən biri İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi mitinqə görə həbs olunanların və digər fəalların azadlığa buraxılması idi. Aksiyada mülki hüquqları pozulanlar da iştirak edib.
 

ATV-də rəhbərlik dəyişir

Telekanal rəhbərliyi dəyişdiTelekanal rəhbərliyi dəyişdi“Azad Azərbaycan” Teleradio Şirkətinin rəhbərliyi dəyişdirilib. Lent.az-ın məlumatına görə, telekanalın prezidenti Tağı İbrahimov tutduğu vəzifədən azad edilib. 
Telekanalın Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu Lent.az-ın bu barədə sorğusuna cavab olaraq deyib ki, bu, müxtəlif vaxtlarda yayılmış şayiənin təkrarıdı, belə bir dəyişiklik baş verməyib.
ATV-dəki mənbələrdən isə bildirilib ki, bu dəqiqələrdə rəhbərlikdəki dəyişikliklə bağlı şirkətdə iclas keçirilib və Tağı İbrahimov kollektivlə xudahafizləşib. 
Şirkətin vitse-prezidenti, Tağı İbrahimovun qardaşı Natiq İbrahimov isə Lent.az-ın sualına bir cümlə ilə cavab verib: "Bilmirəm kim gəlir, amma biz getdik..."
İlkin məlumatlara görə, Tağı İbrahimovun yerinə Vüqar Qaradağlı təyin olunub.

Verilişlərə müraciət etmək üçün ATV-yə müraciət edən vətəndaşlara da mühafizəçilər "Rəhbərlik dəyişdirildi, hazırda iclas gedir, ola bilsin ki, bu gün qəbul olmasın" deyiblər.

 

"Yaxşı ədəbiyyatın bətnində həmişə qiyamçı rüşeymlər olur"

Xorxe Mario Varqas Lyosa Xorxe Mario Varqas Lyosa “Avtoritar rejimlər ədəbiyyatı nəzarətdə saxlamaq üçün hər yola əl atırlar”

2010-cu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı, Peru yazıçısı Xorxe Mario Varqas Lyosa ömrünün böyük hissəsini diktaturaya qarşı mübarizəyə, liberal dəyərlərin müdafiəsinə həsr edib. Yazıçının xarici mətbuata verdiyi son müsahibələrindən biri bəzi məqamlarına görə Azərbaycan oxucusu üçün də maraq doğura bilər. Ann.az saytı həmin müsahibəni tərcümə edib.

- 1958-ci ildə mən İspaniyaya gələndə yerli sakinlərin tez-tez belə dediyini eşidirdim: “İspanlar demokratiyaya hazır deyillər. Franko olmasa, xaos başlayacaq, hətta vətəndaş müharibəsi də ola bilər”. Əlbəttə, hər şey başqa cür oldu. Diktatura çökdü, ölkədə demokratiyaya nümunəvi, hətta gözəl keçid baş verdi və bu demokratiya günü-gündən inkişaf edir. Heç kəs istisna etmir ki, İspaniya

 
Azad Tribuna
Sorğu

İctimai şəxsin şəxsi həyatı izlənilməlidirmi?

Şəxsi həyat toxunulmazdır - 43.8%
İctimai şəxsdirsə, izlənilməlidir - 18.8%
Yalnız ictimai maraq daşıyarsa, izlənə bilər - 25%
Bu məsələ qanunla tənzimlənməlidir - 12.5%

Cəmi səs: 16
The voting for this poll has ended on: 30 Apr. 2012 - 00:00