Rustavi maşın bazarı bağlanır

Azərbaycan maşın bazarı üçün də təhlükə yarana bilər

Mashin Bazari 200x150 Rustavi maşın bazarı bağlanırGürcüstan Dövlət Statistika Komitəsi 2012-ci ildə ölkənin ümumi ixracının 25 faizini minik avtomobilləri təşkil etdiyini açıqlayıb.

Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, söhbət Gürcüstanın istehsal etdiyi avtomobillərin xarici ölkələrə satılmasından yox, xarici ölkələrdən, əsasən də Almaniyadan Gürcüstana gətirilən köhnə avtomobillərin qonşu ölkələrin – Azərbaycan, Gürcüstan, o cümlədən Qazaxıstan sakinlərinə satılmasından gedir.

Başqa sözlə, Gürcüstan bu ölkələr üçün avtomobil bazarı rolunu oynayır. Bunun nəticəsində Gürcüstan büdcəsinə 587 milyon 296 min dollar vəsait daxil olub. 2011-ci illə müqayisədə Gürcüstanın avtomobil ixracı potensialı da 2 dəfədən çox artıb. Keçən il Gürcüstandan Azərbaycana avtomobil ixracı 1,9 dəfə artıb. Əgər 2011-ci ildə Gürcüstandan Azərbaycana 177 milyon 839 min dollar dəyərində avtomobil ixrac edilibsə, 2012-ci ildə bu göstərici 345 milyon 616 min dollara çatıb.

Gürcüstandan Türkiyəyə də avtomobil ixrac edilir. Ancaq Azərbaycandan fərqli olaraq Gürcüstandan Türkiyəyə avtomobil ixracında azalma meylim müşahidə olunub. Əgər 2011-ci ildə Gürcüstandan Türkiyəyə 7 milyon 564 min dollar dəyərində avtomobil ixrac edilibsə, 2012-ci ildə bu göstərici 7 milyon 423 min dollara enib.

Bütün bunlara baxmayaraq, hazırda Gürcüstanın avtomobil bazarının ziyanlı biznesə çevrildiyi qənaəti də formalaşır. Məsələn, keçən həftə Rustavidəki avtomobil bazarının profilini dəyişəcəyi məlum olub. Şirkətin direktoru hələ neçə ay əvvəl bəyan edib ki, Gürcüstanda avtomobil biznesi perspektivsizdir, satış səviyyəsindən razı deyil.

Rustavidəki AUTOPAPA avtomobil bazarının baş direktoru Yevgeniy Ustinov da bildirib ki, hazırda Gürcüstanda avtomobil bazarı kommersiya baxımından sərfəli deyil. Bu avtomobil bazarının tikintisinə Ukraynanın “Privatbank”ı kredit verib. 20 milyard dollar aktivi olan bank bu avtomobil bazarının tək Gürcüstan deyil, bütün Qafqaz üçün nəzərdə tutulub və burada  200-dən çox insan işləyir. Lakin AUTOPAPA avtomobil bazarından gələn gəlir kreditin qaytarılmasına yox, yalnız onun faizlərini ödəməyə yetir. Bəzi ekspertlərin fikrincə, məhz bu səbəbdən bazar bağlana bilər.

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Можно использовать следующие HTML-теги и атрибуты: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Bizə facebookda qoşulun...schliessen
oeffnen